Son 1 ildə avtomobillərin icbari sığortası üzrə daxilolmalar azalıb

Son 1 ildə avtomobillərin icbari sığortası üzrə daxilolmalar azalıb
# 01 dekabr 2015 08:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin noyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 73 885 müqavilə qeydiyyata alınıb.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bunların 11 613-ü xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.

Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 6,1 mln. manat təşkil edib.

2014-cü ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,5%, sığorta haqlarının məbləğində isə 0,1% azalma müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR