Yaponiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz regionunda sülh və stabillik üçün vacibdir

Yaponiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli Cənubi Qafqaz regionunda sülh və stabillik üçün vacibdir
# 05 aprel 2016 12:44 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Yaponiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərin narahatlığını ifadə edir və münaqişə qurbanlarının ölümü ilə bağlı başsağlığı verir”.

APA-nın xəbərinə görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatında deyilir.

“Dağlıq Qarabağ münaqişəsinin yekun həlli Cənubi Qafqaz regionunda sülh və stabillik üçün vacibdir. Yaponiya ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamərində səylərini dəstəkləyir və beynəlxalq hüquq prinsipləri əsasında həllinə ümid edir”, -deyə bəyanatda bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR