Lənkəranda yaşayış evində yanğın olub

Lənkəranda yaşayış evində yanğın olub
# 18 mart 2016 06:16 (UTC +04:00)

Bakı-APA. Bu gecə Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyası yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR