Hacıqabul sakini çayxanada İsmayıllı sakinini başından balta ilə vurub

Hacıqabul sakini çayxanada İsmayıllı sakinini başından balta ilə vurub
# 30 yanvar 2016 11:38 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul sakini çayxanada İsmayıllı sakininə balta ilə ciddi xəsarət yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə Hacıqabul rayonunun Nəvahi kəndindəki çayxanada baş verib.

Nəvahi kənd sakini, 1983-cü il təvəllüdlü Əsgərov Şahin Habil oğlu İsmayıllı rayon sakini, 1971-ci il təvəllüdlü Nurməmmədov Rövşən Zeynəddin oğlunun baş nahiyəsindən balta ilə vurub.

Sonuncu kəllə-beyin travması ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirlib.

Ş. Əsgərov polis tərəfindən saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.

Ş. Əsgərovun hadisəni törədərkən sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR