Gədəbəy sakini intihara cəhd edib

Gədəbəy sakini intihara cəhd edib
# 30 mart 2016 19:24 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli – APA. Gədəbəydə intihara cəhd olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Gərgər kənd sakini, 1991-ci il təvəllüdlü Ruhanə İsmayılova sirkə turşusu ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, R. İsmayılovanın qardaşı dünyasını dəyişib və o, buna dözmədiyi üçün sirkə turşusu içərək intihara cəhd edib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR