“Unibank” səhifəsi Facebook tərəfindən müştəriyönümlü qiymətləndirilib

“Unibank” səhifəsi Facebook tərəfindən müştəriyönümlü qiymətləndirilib
# 22 fevral 2016 12:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” səhifəsi Facebook tərəfindən müştəriyönümlü qiymətləndirilib.

Bankdan “APA-Econmics”ə verilən xəbərə görə, müştəri məmnuniyyətini öz fəaliyyətində əsas prioritetlərindən hesab edən “Unibank”, müştərilərlə kommunikasiyanı gücləndirmək üçün sosial şəbəkələri əsas vasitələrdən biri hesab edir.

Məsələn, hər kəs “Unibank”ın Facebook səhifəsinə daxil olmaqla bankın mövcud kampaniyaları, məhsul və xidmətləri haqqında istədiyi suala cavabı cəmi bir neçə dəqiqə ərzində ala bilir. “Unibank”ın səhifəsi Facebook tərəfindən müştəriyönümlü kimi qiymətləndirilib. Bu qiymət bankın Facebook səhifəsi tərəfindən istifadəçilərin şəxsi mesajlarının qısa müddətdə və əhatəli cavablandırılmasına görə verilib.

Qeyd edək ki, səhifəyə gələn şəxsi məktubların 98%-i 2-3 dəqiqə ərzində cavablandırılır. “Unibank”ın Facebook səhifəsinə girdiyiniz zaman diqqətiniz çəkən

yaşıl işarə səhifənin müştəriyönümlü statusunun göstəricisidir. Müştəri məmnuniyyətinə nail olmaq “Unibank”ın rəsmi Facebook səhifəsinin əsas iş prinsipidir.

Məhz düzgün kommunikasiya sayəsində bankın Facebook səhifəsi dəfələrlə beynəlxalq

Socialbakers xidməti tərəfindən də “Ən sosialyönümlü səhifə” nominasiyasının qalibi olub. (www.facebook.com/unibank.azhttps://twitter.com/unibank).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR