Qadından hədə-qorxu ilə pul tələb edən şəxsə hökm oxunub

Qadından hədə-qorxu ilə pul tələb edən şəxsə hökm oxunub
# 08 iyun 2016 09:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Rolan Abdıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R. Abdıyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, Aynur Osmanova (ad şərtidir) adlı qadını şantaj edərək video görüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib, pul tələb edib.

R.Abdıyev Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR