Mingəçevirdə çayda batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Mingəçevirdə çayda batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
# 18 iyul 2016 13:56 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Mingəçevirdə çayda batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Mingəçevir şəhəri ərazisində yerləşən çayda (məntəqə ərazisində) 1 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR