Əmlakın yanğın və digər risklərdən sığortası üzrə ödənişlər azalıb

Əmlakın yanğın və digər risklərdən sığortası üzrə ödənişlər azalıb
# 11 avqust 2016 08:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda əmlakını yanğın və digər risklərdən sığortalayanların sayı artıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında sığorta şirkətləri bu sığorta növü üzrə 21 mln. 32 min 515 manat sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 mln. 455 min 446 manat və ya 26,88% çoxdur.

Maraqlıdır ki, hesabat dövründə sığorta şirkətlərinin bu sığorta sinfi üzrə ödənişləri az olub. Belə ki, ötən il ilə müqayisədə əmlakın yanğın və digər risklərdən sığortaya görə ödənişlər 2 mln. 755 min 646 manat və ya 3,5 dəfə azalaraq 1 mln. 117 min 116 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR