Türkiyədə azərbaycanlı iş adamını şantaj edən şəxsin məhkəməsi keçirilib

Türkiyədə azərbaycanlı iş adamını şantaj edən şəxsin məhkəməsi keçirilib
# 02 fevral 2016 14:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İstanbulda Azərbaycan əsilli iş adamı Rza Zərrab və onun işçisi Abdulla Happanini şantaj etməkdə təqsirli bilinən İrfan Özsoyun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məhkəmə prosesində İ. Özsoy R. Zərrab və A. Happanidən pul tələb etmədiyini bildirərək ona qarşı sürülən ittihamları rədd edib. R. Zərrab və A. Happani məhkəmə prosesinə qatılmayıblar. İclasda R. Zərrab və A. Happaninin məcburi qaydada məhkəməyə gətirilməsi haqda qərar qəbul olunub. Növbəti məhkəmə iclası iyun ayına təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR