Terrorçuluğun maliyyələşdirilməsi və çirkli pullarla bağlı yeni məsuliyyət müəyyən edilir

Terrorçuluğun maliyyələşdirilməsi və çirkli pullarla bağlı yeni məsuliyyət müəyyən edilir
# 08 sentyabr 2016 10:34 (UTC +04:00)


Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, o cümlədən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı yeni məsuliyyət növü müəyyən edilir.

APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsinə yeni bənd əlavə edilməsi təklif olunub.


Yeni bəndə əsasən monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivlərinin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunla müəyyən edilmiş şəkildə dondurulması üzrə tədbirlərin görülməməsinə və ya maliyyə monitorinqi orqanının aktivlərin dondurulması barədə qərarının icra edilməməsinə görə də vəzifəli şəxslər 800 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər isə 8000 manatdan 15000 manatadək cərimə ediləcək.


Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR