Allahşükür Paşazadə: “Şamaxı Rəsədxanası ilə birgə tərtib etdiyimiz dini təqvimlərə riayət etməyənlər cəzalandırılmalıdır”

Allahşükür Paşazadə: “Şamaxı Rəsədxanası ilə birgə tərtib etdiyimiz dini təqvimlərə riayət etməyənlər cəzalandırılmalıdır”
# 13 oktyabr 2015 08:33 (UTC +04:00)

APA-nın məlumatına görə, QMİ-də keçirilən tədbirdə şeyxülislam bildirib ki, bu qaydaları pozanlar ölkədə ayrı-seçkilik salmaq istəyənlərdir ki, bu da dövlətçilik əleyhinə çıxmaq və parçalanma deməkdir.

A. Paşazadə təklif edib ki, QMİ-nin Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və onun yerlərdəki nümayəndələri ilə əməkdaşlıq şəraitində ölkə ərazisində azanın verilməsi ilə bağlı QMİ-nin və Şamaxı Rəsədxanasının birlikdə hazırladıqları təqvimə riayət olunmasına birgə nəzarət həyata keçirsinlər və bu təqvimə əməl etməyənlər cəzalandırılsın: “Bunun əleyhinə çıxan məscidlər və ya başqa qüvvələr ölkədə parçalanma yaratmaq istəyənlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR