“Veb dizayner” ixtisası üzrə şagird qəbulu elan edilib

“Veb dizayner” ixtisası üzrə şagird qəbulu elan edilib
# 03 avqust 2017 14:15 (UTC +04:00)

2017-2018-ci tədris ilindən dövlət-biznes partnyorluğu çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi STEP İT Academy ilə birgə “Veb-dizayner” ixtisası üzrə kadr hazırlığına başlayır. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, məzunlar təhsil müddəti 1 il olan “Veb dizayner” ixtisası üzrə pulsuz təhsil alaraq yerli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi yetişmək imkanı qazanacaqlar. Təhsillərini müvəffəqiyyətlə başa vurmuş məzunlara dövlət nümunəli peşə diplomu ilə yanaşı beynəlxalq səviyyədə tanınan sertifikat da veriləcək. Seçimlərdə tam orta təhsilli şəxslər iştirak edə bilər. Seçimlərdə dövlət hesabına ilk peşə-ixtisas təhsili almış şəxslər iştirak edə bilməzlər. Ərizələrin qəbulu “ASAN Xidmət” mərkəzlərində aparılacaq.

“ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə də sənəd qəbulu davam edir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. Ərizələrin qəbulu avqustun 22-dək "ASAN xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada aparılır.

Ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR