Tovuzda evdə xeyli miqdarda narkotik aşkarlanıb

Tovuzda evdə xeyli miqdarda narkotik aşkarlanıb
# 03 yanvar 2017 12:44 (UTC +04:00)

Tovuzda narkotik alverində şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisində Alakol kənd sakini Eldar Namazova məxsus "VAZ-2107" markalı avtomobilə baxış zamanı 295 qram marixuana aşkar edilərək götürülüb. E.Namazova narkotik maddəni satmış Abdal kənd sakini Xanlar İsmayılov tutulub.


X.İsmayılovun evinə baxış zamanı oradan 15 kiloqram 150 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR