Ələt-Astara magistralında yük maşını aşıb, sürücü xəsarət alıb - FOTOSESSİYA

Ələt-Astara magistralında yük maşını aşıb, sürücü xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA
# 25 avqust 2015 11:03 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 25-də saat 11.30 radələrində Ələt-Astara magistralının 188-ci kilometrliyində, yolun rayonun Liman şəhərindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Liman şəhər sakini, 43 yaşlı Mahir Quliyevin idarə etdiyi yük maşını sərt döngədə idarəetməni itirərək aşıb. Nəticədə maşındakı çınqılın magistral yola dağılması nəqliyyat vasitələrinin hərəkətini yarım saatadək iflic edib. Həmçinin maşının sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisə yerinə dərhal ağır texnika cəlb olunub, yol təmizləndikdən sonra maşınların hərəkəti bərpa olunub.

İlkin versiya kimi yük maşınının aşmasına arxa yan təkərin partlaması səbəb göstərilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR