Ombudsmanın nümayəndələri Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşüblər

Ombudsmanın nümayəndələri Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşüblər
# 14 iyul 2017 13:21 (UTC +04:00)

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müraciətlərin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə görüş keçirilmiş şəxslər, o cümlədən Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb.

Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyib, bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər.

Hər bir şəxsə qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib, Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub və bir sıra müraciətlər yerində təmin edilib.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində saxlanma şəraitinin daha da təkmilləşdirilməsi və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR