Bank Of Baku

Lənkəranda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb - VİDEO - YENİLƏNİB

Lənkəranda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb - VİDEO  -  YENİLƏNİB
# 17 avqust 2021 21:28 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

11:25

 

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Zövlə kəndində qeydə alınıb. Mağazadan özü üçün şirniyyat alıb çıxan 2016-cı il təvəllüdlü Musa Ruslan oğlu Mirzəzadə yolu keçmək istəyərkən onu 44-BM-245 dövlət qeydiyyat nişanlı, "VAZ 2105" markalı avtomobil vurub. Avtomobilin sürücüsü, Masallı rayonu Əzizabad kənd sakini, 1992-ci il təvəllüdlü Miriş Sərhad oğlu Mirişli uşağı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq 5 yaşlı uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR