Qanunsuz ov edən şəxslər tutulub

Qanunsuz ov edən şəxslər tutulub
# 10 dekabr 2016 08:46 (UTC +04:00)

Qanunsuz ov edən Ağdaş rayon sakinləri saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakinləri Elnur Məmmədov, Nadim Süleymanov və Elnur Nəsirov Sincan kəndi ərazisində qanunsuz ov etdikləri üçün saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 4 ədəd "TOZ-16" markalı silah götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR