Çindən gələnlərdən 1 nəfər Kliniki Tibbi Mərkəzdən buraxılıb - RƏSMİ

Çindən gələnlərdən 1 nəfər Kliniki Tibbi Mərkəzdən buraxılıb - RƏSMİ
# 06 fevral 2020 09:44 (UTC +04:00)

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, fevral ayının 6-sı üçün yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

"Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, rəsmi qurumların fevralın 5-də yaydığı məlumatda Çindən gələn 7 nəfərin Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirildiyi bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR