Dələduzluqda təqsirləndirilən baş redaktorun cinayət işi məhkəməyə göndərilib

Dələduzluqda təqsirləndirilən baş redaktorun cinayət işi məhkəməyə göndərilib
# 18 sentyabr 2017 13:07 (UTC +04:00)

"Ata yurdu" adlı qəzetin dələduzluqda təqsirləndirilən baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə başlayır.

APA-nın xəbərinə görə, cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fikrət Qəribovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclası 19-na təyin edilib.

Qeyd edək ki, S. Nəsirova işə düzəltmə adı altında dələduzluqda təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR