Bu il Azərbaycan-Rusiya regionlararası forumu Gəncədə keçiriləcək

Bu il Azərbaycan-Rusiya regionlararası forumu Gəncədə keçiriləcək
# 24 may 2018 13:22 (UTC +04:00)

“Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlər yüksək səviyyədədir. İki ölkə arasında iqtisadi münasibətlərin bütün istiqamətləri üzrə iş gedir”. Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlərin səviyyəsindən danışan nazir müavininin sözlərinə görə, iki ölkə arasında iqtisadi münasibətlər güclü normativ hüquqi bazaya malikdir: “Bildiyiniz kimi, Azərbaycan-Rusiya hökumətlərarası komissiyası fəaliyyət göstərir. İki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə institutlar mövcuddur. Hər iki ölkənin biznes dairələri arasında əməkdaşlıq yüksək səviyyədədir”.

S. Məmmədov iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıqdan danışarkən Azərbaycan-Rusiya regionlararası forumunun əhəmiyyətini xüsusi ilə vurğulayıb: “Bu il Azərbaycan-Rusiya regionlararası forumu sentyabrda Gəncə şəhərində keçiriləcək. Dəqiq tarix hələlik məlum deyil. Bu forumda Rusiyanın müxtəlif regionlarından iş adamları, dövlət nümayəndələri iştirak edəcəklər. Bu forum Azərbaycan-Rusiya arasında iqtisadi əlaqələrin inkişafında çox vacib mexanizmlərindən biridir. Qeyd edim ki, artıq regionlararası forumun nəticələri var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR