Əmək qanunvericiliyinin pozulmasına görə tətbiq olunan cərimənin 30%-i dövlət büdcəsinə ödənilib

Əmək qanunvericiliyinin pozulmasına görə tətbiq olunan cərimənin 30%-i dövlət büdcəsinə ödənilib
# 07 avqust 2015 09:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin iyul ayında həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə 1636 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib.

“Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, aparılan təhlillər nəticəsində hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə, ticarət, xidmət və ictimai iaşə, topdansatış, tikinti sektorlarında yol verildiyi müəyyən olunub. DƏMX aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun şəkildə tədbirlər görüb, habelə əmək qanunvericiliyinin pozulması hallarına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, aidiyyəti işəgötürənlərə müvafiq məbləğlərdə cərimələr tətbiq edib.

Cərimələrin ümumi məbləğinin 30%-i (172608 manat) dövlət büdcəsinə ödənilib. Bu da ötən ilin iyul ayına dair müvafiq göstərici ilə müqayisədə 37,5% çoxdur.

DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, eyni zamanda işəgötürənlər arasında ardıcıl olaraq təbliğat-məlumatlandırma işlərinin aparılması iş yerlərində əmək qanunvericiliyinin pozulması hallarının ötən ay 11,2%, ümumilikdə cari ilin yanvar-iyul aylarında isə 12,5% azalmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR