Lənkəran sakini intihar məqsədi ilə özünü quyuya atıb

Lənkəran sakini intihar məqsədi ilə özünü quyuya atıb
# 19 iyul 2015 12:06 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda 26 yaşlı oğlan intihara cəhd edib.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Kərgəlan kənd sakini, 1989-cu il təvəllüdlü Əli Bayramov intihar məqsədilə özünü yaşadığı evin həyətindəki su quyusuna atıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.

Onların səyləri ilə adı çəkilən şəxs quyudan çıxarılaraq Lənkəran Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyəti stabil kimi qiymətləndirilir.

Ə. Bayramovun əsəb pozğunluğundan əziyyət çəkdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR