Bakıda üç maşın toqquşub, yaralanan var

Bakıda üç maşın toqquşub, yaralanan var
# 13 oktyabr 2016 01:09 (UTC +04:00)

Bakı-APA. Bakının Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, üç avtomobilin toqquşması ilə nəticələnən qəza Buzovna qəsəbəsində qeydə alınıb.

İdarə etdiyi “Hyundai” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan 24 yaşlı Orxan Məmmədov idarəetməni itirib. Nəticədə onun maşını “Toyota” markalı iki avtomobilə çırpılıb.

Qəza nəticəsində “Hyundai” deformasiyaya uğrayıb və sürücü Orxan Məmmədov xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya sürücü Orxan Məmmədovun avtomobili yüksək sürətlə idarə etməsi və hava şəraitini nəzərə almaması səbəb olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR