“Azərbaycan xalçası ensiklopediyası”nın II cildi təqdim olunacaq

“Azərbaycan xalçası ensiklopediyası”nın II cildi təqdim olunacaq
# 29 noyabr 2016 09:20 (UTC +04:00)

Dekabrın 2-də Azərbaycan Xalça Muzeyində professor Roya Tağıyevanın müəllifi və tərtibçisi olduğu “Azərbaycan xalçası ensiklopediyası”nın II cildi təqdim olunacaq. Xalça Muzeyindən APA-ya verilən məlumata görə, ensiklopediyanın 1-ci cildi 2015-ci ildə çapdan çıxıb.

Ensiklopediyanın II cildində ilk dəfə xovsuz xalça və xalça məmulatlarının növ müxtəlifliyi, onların kompozisiyası, ornamental bəzəkləri, koloritli, texnoloji xüsusiyyətləri öz əksini tapıb. Eləcə də xovsuz xalçaların toxunuşunda istifadə olunan yunun hazırlanması, boyaqlar haqqında geniş məlumat verilir.

Cilddə 400 dən çox xovsuz xalçaların mənşəyi, kompozisiya və ornament örnəyi araşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR