İş adamı: "Türkiyə dəri sektorunun Azərbaycan bazarındakı vəziyyətindən məmnunuq"

İş adamı: "Türkiyə dəri sektorunun Azərbaycan bazarındakı vəziyyətindən məmnunuq"
# 06 fevral 2017 17:31 (UTC +04:00)

"Türkiyənin dəri sektorunun Azərbaycan bazarındakı yerindən məmnunuq".

APA-nın məlumatına görə, bunu İstanbulda keçirilən "Alleather – IDF-2017 " Beynəlxalq Dəri Sərgisində "Deri sektorunun dünəni, bu günü və sabahı" adlı paneldə çıxış edən İstanbul Dəri və dəri məmulatları İxracatçıları Birliyinin İdarə Heyətinin sədri Mustafa Şenocak bildirib.

"Biz iki dövlət, bir millətik. Azərbaycanı qardaş ölkə kimi görürük. Orada bizim mallara nə tələb varsa, bütün tələblər yerinə yetirilir. Türkiyə istehsalı dəri məhsulları Azərbaycan bazarında ehtiyac olduğu qədər var. Dəri istehsalı və ixracatı ilə məşğul olan türk iş adamları qardaş ölkə olan Azərbaycan bazarı ilə bağlı heç bir strategiya hazırlamır. Çünki Azərbaycan bazarını da öz bazarımız kimi görürük. Bir sözlə, Türkiyə dəri sektorunun Azərbaycan bazarındakı vəziyyətindən olduqca məmnunuq", -deyə Musatafa Şenocak bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR