Özbək diplomat: “Azərbaycanla münasibətlər dinamik inkişaf edir”

Özbək diplomat: “Azərbaycanla münasibətlər dinamik inkişaf edir”
# 21 oktyabr 2016 11:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. “Azərbaycanla Özbəkistan arasında münasibətlər dinamik inkişaf edir”.

APA-nın məlumatına görə, bu sözləri Özbəkistanın Azərbaycandakı səfirinin müavini Cahangir Aminov deyib. O bildirib ki, iki ölkə arasında siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək üçün böyük potensial var: “XİN-lərarası çox gözəl əməkdaşlıq var. Bir sıra nümayəndə heyətlərinin gəlməsi gözlənilir. Bu ilin noyabrında Özbəkistanda beynəlxalq meyvə-tərəvəz yarmarkası olacaq. Azərbaycandan olan şirkətlərin də orada iştirakı gözlənilir. Yarmarkada Özbəkistan məhsullarının Azərbaycana tədarükü barədə razılaşma imzalanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR