Azərbaycanın futbol üzrə millisinin keçmiş baş məşqçisi vəfat edib

Azərbaycanın futbol üzrə millisinin keçmiş baş məşqçisi vəfat edib
# 25 oktyabr 2016 18:15 (UTC +04:00)

Bakı-APA. Veteran futbolçu və baş məşqçi Karlos Alberto Torres vəfat edib. Apasport.az saytının məlumatına görə, braziliyalı mütəxəssis bu gün 72 yaşında ürək tutmasından dünyasını dəyişib.

1970-ci ilin dünya çempionatının qalibi braziliya millisinin əfsanəvi heyətinin kapitanı olan Torres bir müddət ölkəmizdə də işləyib.

O, 2004-2005-ci illərdə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR