Kerri Trampı “Twitter”dən istifadə etdiyinə görə qınayıb

Kerri Trampı “Twitter”dən istifadə etdiyinə görə qınayıb
# 08 yanvar 2017 01:24 (UTC +04:00)

ABŞ-ın dövlət katibi Con Kerri hesab edir ki, yeni seçilmiş prezident Donald Trampın “Twitter” sosial şəbəkəsindəki səhifəsi beynəlxalq siyasi məsələlərlə bağlı ünsiyyət qurmaq üçün yaxşı vasitə deyil.

APA-nın “ABC News” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Con Kerri Trampın Rusiya və Tayvan kimi beynəlxalq məsələlərlə bağlı tvitləri barədə aparıcının sualına cavabında bildirib.

“Mən beynəlxalq siyasətə dair “Twitter”-də bəyanat vermirəm. Düşünmürəm ki, 140 işarə sizə adekvat şəkildə mürəkkəb seçimlərin öhdəsindən gəlməyə imkan verir”, deyə Kerri bildirib.

Dövlət katibi ABŞ hakimiyyətinin digər ünsiyyət vasitəsi seçəcəyinə ümidvar olduğunu bildirib: “Lakin bu yeni administrasiyadan asılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR