Meksikada gizli məzarlıqlarda 14 nəfərin cəsədi aşkarlanıb

Meksikada gizli məzarlıqlarda 14 nəfərin cəsədi aşkarlanıb
# 06 avqust 2017 02:38 (UTC +04:00)

Meksikanın Sakatekas ştatında dağlıq ərazidəki gizli məzarlıqlarda 14 nəfərin cəsədi aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Economista” portalı məlumat yayıb.

Ştatın prokuroru Fransisko Murilyo aşkarlanan meyitlərin 11 kişi və 3 qadına aid olduğunu bildirib. Bəzi meyitlər bir neçə gün əvvəl basdırılıb.

Qeyd olunan məzarlığın oğurluq və adam oğurluğu ilə məşğul olan yerli cinayətkar qrupla əlaqəli olduğu bildirilir.

Ərazidə digər məzarlıqların axtarışı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR