Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana gəlib

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana gəlib
# 11 aprel 2017 11:21 (UTC +04:00)

Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu aprelin 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində admiralın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

B. Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.

Səfər aprelin 14-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR