Abşeron yarımadasında 168 zirzəmidə radonun monitorinqi aparılıb

Abşeron yarımadasında 168 zirzəmidə radonun monitorinqi aparılıb
# 07 dekabr 2016 07:48 (UTC +04:00)

Milli Geoloji Kəşfiyyat Xidməti 2015-ci ilin aprelində Abşeron rayonunun Masazır qəsəbəsində baş vermiş qaz sızmalarının səbəblərini araşdırmaq məqsədilə radon emanasiyası planlaması və radiometrik müşahidələr aparıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, Masazır qəsəbəsində qaz sızması nəticəsində ciddi radon pulsasiyaları ilə bağlı Nazirlər Kabinetinin xüsusi göstərişinin icrası nəzərə alınaraq, sahədə davamlı monitorinq keçirilir.

“Paralel olaraq Abşeron yarımadası ərazisində Lökbatan-Bayraq meydanı, Güzdək-Pirallahı və Bozdağ-Ramanı profilləri üzrə torpaqda radonun konsentrasiyası ölçmələri həyata keçirilib. Abşeron yarımadasında 168 zirzəmidə radonun havada konsentrasiyası ölçülüb. Ölçmələr fasiləli monitorinq xarakterli olub, radonun fon səviyyəsi müəyyənləşdirilib. Abşeron yarımadasında zirzəmi və birinci mərtəbələr üçün radon konsentrasiyasının paylanma xəritə-sxemi tərtib edilib. Radonun torpaqda və havada (zirzəmilərdə) konsentrasiyasının monitorinqinə başlanılıb və bu işlər mütəmadi olaraq davam etdirilməkdədir. Monitorinq işləri əsasən neft və bitum yatağının təmas sahələrində aparılıb” – deyə, Xidmətdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR