BMT İsraildən Fələstində yaşayış məskənləri inşa etməməyi tələb edib

BMT İsraildən Fələstində yaşayış məskənləri inşa etməməyi tələb edib
# 23 dekabr 2016 21:51 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasında müvafiq qətnamə qəbul edilib.

Sənəddə həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR