Azərbaycan bu il Gürcüstanın ikinci ən böyük ixrac tərəfdaşı olub

Azərbaycan bu il Gürcüstanın ikinci ən böyük ixrac tərəfdaşı olub
# 19 dekabr 2019 12:00 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 1,4% artaraq 11 504,1 mln. ABŞ dolları təşkil edib. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, xarici ticarətdə ixracın payı ötən illə müqayisədə 11,7% artaraq 3 381,4 mln. dollara çatıb. İdxal isə 2,3% azalaraq 8 122,6 mln. dollara bərabər olub. Hesabat dövründə Gürcüstanın xarici ticarətdə mənfi saldosu 4 741,2 mln. dollar təşkil edib.

Cari ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın ixracda əsas tərəfdaş ölkələri Rusiya (454 mln. dollar), Azərbaycan (444,6 mln. dollar) və Ermənistan (353,9 mln. dollar) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR