Nazir müavininin oğlu dələduzluqda təqsirləndirilən bank əməkdaşının işində zərərçəkmiş kimi tanınıb

Nazir müavininin oğlu dələduzluqda təqsirləndirilən bank əməkdaşının işində zərərçəkmiş kimi tanınıb
# 15 sentyabr 2017 13:13 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldar Salmasinin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, prosesə sədrlik edən hakim Rahib Salmanov bildirib ki, prosesə zərərçəkmiş şəxslər çağırılsa da, gəlməyiblər.

Buna görə məhkəmə iclası sentyabrın 22-dək təxirə salınıb.

İttihama əsasən, "Zaminbank" ASC-də xəzinədar olmuş E. Salmasi vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq edib. E. Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq əməli törədib.

Məlumata görə, iş üzrə zərərçəkmiş şəxs qismində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin oğlu Ərdəbil Quliyev də tanınıb. Ona qarşı 150 min manat məbləğində dələduzluq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR