İmişlidə iki ay əvvəl mağazadan külli miqdarda qızıl oğurlayan şəxs tutulub

İmişlidə iki ay əvvəl mağazadan külli miqdarda qızıl oğurlayan şəxs tutulub
# 20 yanvar 2017 08:55 (UTC +04:00)

İmişli rayonunda qızıl mağazasından 3 kiloqram qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 16-da rayon ərazisindəki qızıl mağazalarından birindən 3 kiloqram qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Şahverdili kənd sakini İsmayıl Əmirov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

İ.Əmirovun həyətinə baxış zamanı oradan torpağa basdırdığı 1 kiloqram 488 qram (299) adda qızıl əşyalar maddi sübut kimi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR