Bu il Azərbaycanda istehlak bazarı 12 faizə yaxın artıb

Bu il Azərbaycanda istehlak bazarı 12 faizə yaxın artıb
# 20 iyul 2015 13:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkə bazarlarında satılmış əmtəə və xidmətlərin həcmi 15,6 mlrd. manat olmaqla 2014-cü ilin eyni dövrü ilə müqayisədə 11,9% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, istehlak bazarı üzrə real artımın 84,6%-i ticarət, 15,4%-i xidmət fəaliyyətinin hesabına yaranıb.

Bu ilin birinci yarısında özəl bölmənin ticarət və xidmət fəaliyyəti daha da genişlənmiş və istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutub. Özəl təsərrüfat subyektlərində satılmış əmtəələrin və göstərilmiş xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 12,4% üstələyərək 14,9 mlrd. manata bərabər olub. İstehlak bazarı üzrə real artımın 98,8%-i özəl bölmənin sayəsində təmin edilib.

Hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 274,4 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,3 manat çox əmtəə alıb və pullu xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR