"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan nizamnamə kapitalını kəskin artırır

"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan nizamnamə kapitalını kəskin artırır
# 19 mart 2018 08:37 (UTC +04:00)

"PAŞA Bank"ın Türkiyədəki törəməsi olan "PAŞA Yatırım Bankası” nizamnamə kapitalını kəskin artırır.

"APA-Economics" xəbər verir ki, bu barədə bank Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu – KAP) məlumat yayıb.

Bu barədə qərar “PAŞA Yatırım Bankası A.Ş.”nin İdarə Heyətinin bu ilin martın 16-da keçirdiyi iclasda qəbul edilib.

Qərara görə, "PAŞA Yatırım Bankası”nın nizamnamə kapitalının 245 mln. lirə artırılaraq 500 mln. lirəyədək yüksəldiləcək.

Qeyd edək ki, hazırda "PAŞA Yatırım Bankası”nın nizamnamə kapitalı 255 mln. lirə təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR