Gəncədə avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Gəncədə avtomobil aşıb, 5 nəfər xəsarət alıb
# 22 iyul 2015 10:49 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 5 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Bakı avtomobil yolunda, Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. Goranboy rayon sakini, 1977-ci il təvəllüdlü Vüqar Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı səkiyə çırpılıb və aşıb. Nəticədə sürücü və 4 sərnişin yaralanaraq, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR