Azərbaycanlı deputatlar Avronest PA-nın komitə iclasında iştirak edəcəklər

Azərbaycanlı deputatlar Avronest PA-nın komitə iclasında iştirak edəcəklər
# 08 fevral 2018 17:40 (UTC +04:00)

12-13 fevral tarixində Tbilisidə Avronest Parlament Assambleyasının (PA) Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclası keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, toplantıda Milli Məclisin deputatları Fuad Muradov, Rövşən Rzayev, Rauf Əliyev, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Muxtar Babayev iştirak edəcəklər.

Toplantının proqramına əsasən, Avronest PA-nın siyasi, enerji, iqtisadi və sosial komitələrinin birgə iclasları keçiriləcək. Avronest PA-nın üzvləri Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşəcəklər.

Tədbir çərçivəsində Milli Məclisin və Gürcüstan parlamentinin gənclər və idman komitələrinin sədrləri Fuad Muradov və Mixeil Kavelaşvili arasında görüş keçiriləcək. İki komitə arasında memorandumun imzalanması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR