Gədəbəydə 5 otaqlı evdə yanğın baş verib

Gədəbəydə 5 otaqlı evdə yanğın baş verib
# 28 fevral 2019 03:44 (UTC +04:00)

Gədəbəy rayonunda yanğın baş verib.

ONA-nın Fövqəladə Hallar Nazirliyindən əldə etdiyi məlumata görə, rayonun Xarxar kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsində 1 otağın tavanı 20 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR