Rusiyada yol qəzasında iki Azərbaycan vətəndaşı xəsarət alıb

Rusiyada yol qəzasında iki Azərbaycan vətəndaşı xəsarət alıb
# 22 iyul 2017 09:48 (UTC +04:00)

Rusiyada baş verən yol qəzasında Azərbaycan vətəndaşları xəsarət alıb. APA-nın “lenta.ru”-ya istinadən verdiyi məlumata görə, hadisə Stavropol diyarının Budenovsk rayonunda baş verib. Mikroavtobusun sürücüsü, 27 yaşlı Azərbaycan vətəndaşı idarəetməni itirib, nəticədə mikroavtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb, iki nəfər ölüb. Xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır.

Sürücünün bundan əvvəl də yol qaydalarını pozduğu, lakin məsuliyyətə cəlb olunmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR