Bakıda yanğın hadisələri zamanı iki nəfər xəsarət alıb

Bakıda yanğın hadisələri zamanı iki nəfər xəsarət alıb
# 03 yanvar 2017 11:40 (UTC +04:00)

Bakıda yanğın hadisələri baş verib.


APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 2-də saat 02 radələrində Yasamal rayonu ərazisində yeni inşa edilən binalardan birinin nəzarətçi otağında yanğın baş verib. Nəticədə otağın yanar konstruksiyaları yanıb, xəsarət almış nəzarətçi - Bakı şəhər sakini Azər İmanov xəstəxanaya yerləşdirilib.

Yanvarın 2-də saat 08 radələrində Pirallahı qəsəbəsində yaşayan Sahib Qasımovun evinin yardımçı təsərrüfatında yanğın baş verib. Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alımış S.Qasımov xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR