İki şirkətə bəzi icbari sığorta növləri üzrə fəaliyyət aparılması icazə verilib

İki şirkətə bəzi icbari sığorta növləri üzrə fəaliyyət aparılması icazə verilib
# 26 oktyabr 2016 12:54 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 oktyabr 2016-cı il tarixli qərarına əsasən "Günay Sığorta" ASC və "Qala Sığorta" ASC-yə bir sıra icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılması üçün icazə verilib.

Palatadan "APA-Economics"ə verilən məlumata görə, "Günay Sığorta" tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növləri, "Qala Sığorta" tərəfindən isə "Sərnişinlərin icbari fərdi qəza sığortası" növü üzrə fəaliyyətin aparılmasına dair icazənin alınması ilə bağlı müraciət edilib.

Hər iki sığortaçı tərəfindən Palataya daxil olmuş müraciətlər müsbət dəyərləndirilib və qeyd olunan icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılmasına dair qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR