Tovuzda yeniyetmə avtomobil ilə qəza törədib, 3 nəfər xəsarət alıb

Tovuzda yeniyetmə avtomobil ilə qəza törədib, 3 nəfər xəsarət alıb
# 20 may 2018 13:27 (UTC +04:00)

Tovuzda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində qeydə alınıb.

Tovuz şəhərində yeniyetmə - 2001-ci il təvəllüdlü Məmmədov Ravil Natiq oğlu valideyninə məxsus avtomobili idarə edən zaman idarəetməni itirib və avtomobil başqa bir minik avtomobili ilə toqquşub. Qəza zamanı 3 nəfər Əlibəyli kənd sakini - 1982-cil il təvəllüdlü Gülməmmədov İlqar Əmirxan oğlu, 1972-ci il təvəllüdlü Qurbanova Mahirə Ənvər qızı və 1961-ci Mehdiyeva Surəyya Ənvər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qazax rayon Diaqnostika Mərkəzinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR