Azərbaycana avtomobillərin idxalı qaydası dəyişib

Azərbaycana avtomobillərin idxalı qaydası dəyişib
# 18 oktyabr 2016 23:31 (UTC +04:00)

Bakı Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən qısa idxal bəyannaməsinin verildiyi halların sayı artırılıb.

Bundan sonra malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə qısa idxal bəyannaməsi veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR