BŞBPİ Binəqədidəki yanğınla bağlı məlumat yayıb

BŞBPİ Binəqədidəki yanğınla bağlı məlumat yayıb
# 08 yanvar 2020 13:33 (UTC +04:00)

“Binəqədi rayonu Əliheydər Qarayev küçəsində yaşayış evinin talandıqdan sonra yandırılması ilə bağlı iddialar araşdırılır”.

APA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

E.Hacıyev vurğulayıb ki, cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin nəzarətindədir: “Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda digər zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Qeyd edək ki, saytların birində 2 gün əvvəl Binəqədi rayonu Əliheydər Qarayev küçəsində evin qarət olunduqdan sonra yandırıldığı barədə xəbər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR