Azərbaycanlı məktəbli bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz edib

Azərbaycanlı məktəbli bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz edib
# 22 fevral 2019 11:05 (UTC +04:00)

“95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş idman yarışında örnək ola biləcək addım atıb”.

Bu barədə ONA-ya Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. Məlumatda qeyd olunbu ki, Z. Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. O, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR