Gürcüstanda yoxsulluq səviyyəsi 22%-dir

Gürcüstanda yoxsulluq səviyyəsi 22%-dir
# 31 may 2018 10:16 (UTC +04:00)

Gürcüstanda əhalinin 21,9%-i mütləq yoxsulluq səviyyəsində yaşayır.

APA-nın yerli bürosunun Gürcüstan Milli Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ötən il ölkənin şəhərlərində yoxsulluq səviyyəsi 18,6%, kənd yerlərində isə 26,6% təşkil edib.


Qadınlar arasında yoxsulluq səviyyəsi 21,6%, kişilər arasında isə 22,4% olub.

2017-ci ildə Gürcüstanda işsizlik səviyyəsi isə 13,9% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR