Vindzor qəsrində kraliçanın yubileyi münasibətilə kitab təqdimatı keçirilib

Vindzor qəsrində kraliçanın yubileyi münasibətilə kitab təqdimatı keçirilib
# 28 noyabr 2016 11:44 (UTC +04:00)

Bu ilin 12-15 may tarixlərində Britaniya kraliçası, ülyahəzrət II Elizabetin 90 illik yubileyi münasibətilə Vindzor qəsrində keçirilən At Şousunda bütün dünyadan 900-dən çox at və 1500-dən artıq iştirakçı şou proqramla çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən xəbərə görə, bu münasibətlə Kral Vindzor At Şousuna həsr edilmiş xatirə kitabı nəşr olunub. TEAS və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəstəyi ilə hazırlanan kitabda dünya şöhrətli fotoqraf Henri Dallalın çəkdiyi fotoşəkillər əksini tapıb. Xüsusi cins olan Qarabağ atlarının Vindzor Şousunda iştirakı TEAS və ARAF-ın birgə əməkdaşlığı və təşkilatçılığı şəraitində baş tutub. Nadir Qarabağ atlarının gözəlliyi, çaparların bacarıq və cəsarətli akrobatik çıxışları tədbir iştirakçıları və televiziya auditoriyasını heyrətləndirib. Şou həftəsi ərzində Azərbaycan rəqqaslarının konsert proqramı da tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Təqdimatdan sonra fotoqraf və kitabın naşiri Henri Dallal bildirib ki, kitabın nəfis tərtibatından çox razıdır: “Mətn və şəkilaltı şərhlər müxtəlif iştirakçılar tərəfindən daxil edilib. Bunlar arasında xanım Helen Mirren, Andrea Boçelli, Kayli Minoq, Şirli Bassey və azərbaycanlı rəqqasə Günel Şeyxova da var. Həmin may günlərində onlar bayram təntənəsini daha da canlandırmışdılar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR